UEFA Çempionlar Liqasının pley-of mərhələsinin cavab oyununda təmsilçimiz “Qarabağ” Çexiyanın Plzen şəhərində yerli “Viktoriya” klubu ilə üz-üzə gəl İlk dəqiqələrdə “Viktoriya” futbolçuları fəallığı ilə seçilsə də sonradan futbolçularımız üstünlüyü ələ alıblar. Rəqib komandanın qapısına ardıcıl hücumlar təşkil edən Ağdam təmsilçisi istəyinə ilk hissənin sonlarında nail olub. 38-ci dəqiqədə Kadi Borxesin cərimə zərbəsindən sonra Filip Ozobiç baxımlı qolla yadda qalıb. Fasilədən sonra təşəbbüsə yiyələnən “Viktoriya” Plzen tarazlığı bərpa edib. 58-ci dəqiqədə Yan Kopiç yerli azarkeşləri coşdurub. Çox keçmədən meydan sahibləri fərq yaradıblar. 73-cü dəqiqədə meydana yenicə daxil olan Yan Kliment komandasını sevindirib: “Viktoriya” Plzen – “Qarabağ” 2:1. Beləliklə, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasının qrup mərhələsinə düşüb. Komandamızın qrupdakı rəqibləri avqustun 26-da keçiriləcək püşkatmadan sonra məlum olacaq.